“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş”ə 1-ci Əlavə təsdiqlənib

“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş”ə 1-ci Əlavə təsdiqlənib

17.04.2020 Off By admin

“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş”ə 1-ci Əlavə təsdiq olunub.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş”ə 1-ci Əlavənin təsdiq edilməsi barədə” Fərman imzalayıb. Fərmana əsasən, bu il yanvarın 23-də Belqrad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş”ə 1-ci Əlavə təsdiq edilib. İqtisadiyyat Nazirliyinə 1-ci Əlavə qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb. Xarici İşlər Nazirliyi isə 1-ci Əlavənin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Share