Koronavirusa qalib gələn ilk ölkə məlum oldu
17.04.2020Qrenlandiya hökuməti ölkənin koronavirus üzərində qələbə qazandığını bildirib.
Bu barədə “Worldometers.info” saytında yerləşdirilən statistik məlumatda deyilir.
Aprelin 4-dən bu günə kimi ölkədə virusa yeni yoluxma qeydə alınmayıb. Qrenlandiyada koronavirus diaqnozu qoyulmuş 11 nəfər isə artıq sağalıb.
Virusun yayılması müddətində Qrenlandiyada 900 nəfər tibbi yoxlanışdan keçib. Ölkədə COVID-19 infeksiyasına ilk yoluxma martın 16-da qeydə alınıb.
Qrenlandiyanın baş naziri Kim Kilsen faktı təsdiqləyib. O, yeni yoluxma hallarının olmayacağı təqdirdə ölkə paytaxtının tədricən açılışı haqqında bildirib.
Hakimiyyet.com











