“Azpetrol” şirkəti aztəminatlı ailələrə yardım edib
17.04.2020Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində ayrı-ayrı idarə, müəssisə, təşkilat və şirkətlər xüsusi karantin rejimi müddətində aztəminatlı ailələrə dəstək olur, onlara hər cür yardım edirlər.
Bu xeyirxah təşəbbüsə “Azpetrol” şirkəti də qoşulub. Belə ki, şirkət aprelin 17-də Balaxanı qəsəbəsində yaşayan 50 aztəminatlı ailəyə ərzaq yardımı edib.
“Azpetrol” – daim inkişafa doğru!











