“Dinamo Zaqreb” futbol klubunun baş məşqçisi Nenad Byelitsa istefaya göndərilib
17.04.2020Xorvatiyanın “Dinamo Zaqreb” futbol klubunun baş məşqçisi Nenad Byelitsa istefaya göndərilib.
AZƏRTAC xəbər verir ki, 48 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilib.
Xorvatiya mətbuatı Byelitsanın koronavirusa görə maaşının azaldılmasına razı olmadığı üçün vəzifəsindən göndərildiyini yazıb. Xorvat mütəxəssisin köməkçiləri də eyni səbəbdən vəzifəsindən göndəriliblər.











