Gəncə sakinindən yarım kiloqrama yaxın marixuana götürülüb
17.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış Gəncə şəhər sakini T.Bayramovdan 475 qram marixuana aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini T.Bayramov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 475 qram marixuana aşkar edilərək götürülüb.











