Türkiyə millisinin futbolçusu “Yuventus” klubunda qalmaq istəyir
17.04.2020Türkiyə millisinin və İtaliyanın “Yuventus” klubunun müdafiəçisi Merih Demiral gələcəyi ilə bağlı qərarını verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 22 yaşlı müdafiəçi növbəti mövsüm də Turin təmsilçisinin şərəfini qorumaq istəyir. M.Demiralın klubda qalaraq Leonardo Bonuççi və Corcio Kyellinin əvəzedicisi olmaq istədiyi bildirilir.
Qeyd edək ki, 2024-cü ilədək “Yuventus”la müqaviləsi olan futbolçu ilə “Milan”, “Lester Siti”, “Arsenal”, “Everton” və “Atletiko Madrid” klubları maraqlanır.











