Şəmkir 6 otaqlı evdə yanğın olub
18.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Şəmkir rayonunda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 500 m² olan ikimərtəbəli 6 otaqlı evin birinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 74 m² sahədə və bitişik, ümumi sahəsi 270 m² olan talvarın lambirindən ibarət tavanı 20 m² sahədə yanıb.
Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.











