Nyu-Yorkda son sutkada koronavirusdan 630 nəfər ölüb
18.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
ABŞ-ın Nyu York ştatında son 24 saat ərzində 630 nəfər koronavirus infeksiyasının qurbanı olub.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ştatın qubernatoru Endryu Kuomo mətbuat konfransında bildirib.
O, ölüm sayından təəssüfləndiyini deyib: “Ölənlərin sayı azalmır. Xəstəxanaya yerləşdirilənlərin sayı, əksinə, son bir neçə gündə azalmışdı”.











