Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb
18.04.2020Cari ilin yanvar-mart aylarında Azərbaycandan MDB ölkələrinə 257 milyon 221 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən -a bildirilib ki, bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 69,4 milyon dollar çoxdur.
Üç ayda Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 652 milyon 389 min dollar olub.











