Şahmatçı Eltac Səfərli karantin günlərində onlayn seans keçirəcək
18.04.2020Şahmat üzrə Azərbaycan yığma komandasının üzvü Eltac Səfərli karantin günlərində onlayn seans keçirəcək.
AZƏRTAC xəbər verir ki, seans oyunu aprelin 20-də saat 15:00-da Lichess.org şahmat platforması üzərindən baş tutacaq. Seansda qeydiyyatdan keçmiş ilk 20 şahmatçı iştirak edəcək.











