Cavad Cahangirzadə: İran Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə zərbə vuracaq istənilən hərəkəti pisləyir
18.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
İran Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə zərbə vuracaq istənilən hərəkəti pisləyir.
Bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Trend-ə açıqlamasında deyib.
Səfirin sözlərinə görə, İran həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib:
“İran İslam Respublikası Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək və vasitəçilik etmək istəyən ilk ölkələrdən biri olub və bu istiqamətdə müsbət addımlar da atılıb. Bölgədə stabilliyə və əməkdaşlığa ehtiyac var. İran Azərbaycanın həmişə bu münaqişənin sülh yolla həllinə hazır olduğunu nümayiş etdirməsinə sevinir. İran İslam Respublikasının işğal olunmuş ərazilərdə yaradılan qondarma rejimlə hər hansı əlaqəsi yoxdur. İran yük maşınlarının Dağlıq Qarabağa yük daşıması ilə əlaqədar video-kadrlar da saxtadır”.
İranlı rəsmi vurğulayıb ki, İran Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə zərbə vuracaq istənilən hərəkəti pisləyir:











