Milli Məclisdə qanvermə aksiyası keçirilir
18.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Bu gün Milli Məclisdə qanvermə aksiyası keçirilir.
Trend-in məlumatına görə, deputatlar, Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları, o cümlədən jurnalistlər könüllü qan verirlər.
Qeyd edək ki, dünən Milli Məclisin Sədri Sahibə Qafarova deputatların, Milli Məclis Aparatının və İşlər İdarəsi əməkdaşlarının Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsünə qoşularaq könüllü qan verəcəklərini bildirib.











