Hindistanda 20-dən çox hərbi dənizçi koronavirusa yoluxub
18.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Hindistan Hərbi-Dəniz Qüvvələrinin 21 dənizçisi koronavirusa yoluxub.
Trend-in məlumatına görə, yoluxma faktı Mumbay şəhəri yaxınlığındakı hərbi-dəniz bazasında qeydə alınıb.
Yoluxan dənizçilərin əlaqədə olduğu hər kəs testdən keçirilir. Qeyd olunur ki, xəstəlik dənizçilərdə simptomsuz keçir.
Virusun bazada ilk dəfə aprelin 7-də aşkar olunduğu deyilir.











