Ombudsmanın vəsatətləri əsasında ötən il 54 məhkum əfv edilib
18.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Ombudsmanın vəsatətləri əsasında 2019-cu ildə 54 məhkum əfv edilib.
APA-nın məlumatına görə, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatında yer alıb.
Məruzədə qeyd edilib ki, məhkumların və onların ailə üzvlərinin müraciətlərini nəzərə alaraq, Ombudsman müntəzəm qaydada Azərbaycan Respublikası Prezidenti yanında Əfv məsələləri komissiyasına əfvlə bağlı çoxsaylı vəsatətlər verib, bu vəsatətlər əsasında 2019-cu ildə 54 məhkum əfv edilib.











