“Parma”nın futbolçuları bir aylıq məvaciblərindən imtina ediblər

“Parma”nın futbolçuları bir aylıq məvaciblərindən imtina ediblər

18.04.2020 Off By admin

A seriyasında çıxış edən “Parma”nın futbolçuları, məşqçiləri, texniki heyəti və idman direktoru bir aylıq məvaciblərindən imtina ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi saytı bəyanat yayıb. Bəyanatda belə çətin vəziyyətdə “Parma”ya kömək etdiklərinə görə klubun bütün üzvlərinə təşəkkür ünvanlanıb.

Xatırladaq ki, İtaliyanın bir neçə klubunda koronavirus pandemiyasına görə oxşar addımlar atılıb. Bir müddət əvvəl, “Yuventus”un futbolçuları iyunadək maaşlarının bir hissəsindən imtina etmişdi. Amma mövsüm bərpa ediləcəyi tarixdən Turin klubunun oyunçularının əməkhaqqı tam şəkildə ödəniləcək.

 

Share