Zak Braun: Avropa Formula 1 yürüşləri tamaşaçısız keçə bilər

Zak Braun: Avropa Formula 1 yürüşləri tamaşaçısız keçə bilər

18.04.2020 Off By admin

Formula 1 komandalarının, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) və “Liberty Media”nın nümayəndələrinin iştirakı ilə telefon konfransı keçirilib. Konfransda mövsümün başlanması tarixi müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, “McLaren” komandasının rəhbəri Zak Braun Britaniyanın “Radio Four” radiosunun efirində çıxış edib. Çempionatın iyul ayında başlanacağını faktiki olaraq təsdiqləyən Zak Braun əlavə edib ki, bütün Avropa mərhələlərinin boş tribunalarla, tamaşaçısız keçəcəyi ehtimal olunur.

Zak Braun deyib: “Hələ ki bunlar hamısı ehtimallardır, Böyük Britaniya Qran Prisi isə əvvəl planlaşdırılmış tarixlərdə, amma tamaşaçısız keçəcək. Ehtimal ki, bütün qalan Avropa mərhələləri də eyni ssenari üzrə keçəcək.

Yeni təqvim çox gərgin olacaq və biz mümkün qədər çox yürüş keçirmək üçün müxtəlif variantlara baxırıq. İdeyalardan biri – eyni trasda, o cümlədən Silverstoun trasında bir neçə mərhələ keçirməkdir”.

Promouterlər, sponsorlar və tərəfdaşlar bizə çox kömək edirlər, amma onlar özləri çətinliklərlə üzləşiblər. Beləliklə, biz xərcləri maksimal azaltmışıq ki, yürüşlər yenilənəcək vaxta qədər dözə bilək”.

Share