Abbas Hünbətov yeni uğura imza atıb
18.04.2020Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyasının prezidenti Abbas Hünbətov yeni uğura imza atıb.
AZƏRTAC xəbər verir ki, A.Hünbətova Dünya Karate Konfederasiyası tərəfindən şorin-ryu üzrə 5-ci dan lisenziyası təqdim olunub.
Azərbaycanlı mütəxəssis mərkəzi Serbiyada yerləşən beynəlxalq federasiyanın prezidenti Marko Nikoviç tərəfindən şorin-ryunun inkişafındakı xidmətlərinə görə mükafatlandırılıb.
Qeyd edək ki, Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyasının təşkilatçılığı ilə şorin-ryu üzrə ölkəmizdə mütəmadi olaraq seminar və yarışlar təşkil olunur.











