Azərbaycan-İran sərhədi mayın 4-dək bağlı saxlanılacaq
18.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Azərbaycan-İran sərhədi mayın 4-dək bağlı saxlanılacaq.
Trend-in məlumatına görə, bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.
Qərara əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılır.











