Türkiyədə COVİD-19 qurbanlarıın sayı 1890-a çatdı
18.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 1 890 nəfərə çatıb.
bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Nazirin sözlərinə görə, son 24 saatda ölkədə daha 121 nəfərin COVİD-19-dan ölməsilə qurbanların ümumi sayı 1890-a çatıb.
Onun bildirib ki, bu gün 40 520 test keçirilib və koronavirusa yoluxma faktı 3 780 nəfər artaraq 82 329 olub. Bu gün 1 822, ümumilikdə isə 10 453 xəstə sözügedən virusa qalib gəlib.











