Moskvada koronavirusdan daha 28 nəfər ölüb
19.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Rusiyanın paytaxtı Moskvada daha 28 nəfər koronavirusdan ölüb.
Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: “Moskvada pnevmaniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 28 xəstə dünyasını dəyişib. Ölənlər 30-93 yaşlarında olub”.
Qeyd edək ki, Moskvada koronavirusdan ölənlərin sayı 176 nəfərə çatıb.











