Braziliyada koronavirusa yoluxanların sayı 36 mini ötüb
19.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Braziliyada yeni növ koronavirusa yoluxanların sayı 36 599 nəfərə çatıb.
Trend-in “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə öölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumatda deyilir: “Son 24 saat ərzində daha 2917 yoluxma və 211 ölüm halı qeydə alınıb. Sağalanların sayı 14 026 nəfər təşkil edir”.
Bildirilir ki, hazırda Braziliyada koronavirusdan ölüm səviyyəsi xəstələnənlərin ümumi sayından 6,4 faiz təşkil edir.











