Yaşlı insanların sağlamlığını, rifahını düşünərək həyata keçirdiyiniz bu tədbirlər biz ağsaqqallarda böyük qürur hissi yaradır – Kürdəmir Ziyalılar Cəmiyyətinin sədri ölkə başçısına təşəkkür edib
19.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Yaşlı insanların sağlamlığını, rifahını düşünərək həyata keçirdiyiniz bu tədbirlər, yorulmaz fəaliyyətiniz hamı kimi, biz ağsaqqallarda da böyük qürur hissi yaradır.
Trend Prezidentin saytına istinadla xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Kürdəmir rayon Ziyalılar Cəmiyyətinin sədri Sabir Novruzovun Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib.
Sabir Novruzovun məktubunda qeyd edilir:
“Möhtərəm cənab Prezident.
Bütün dünyada koronovirus pandemiyasının hökm sürdüyü bir zamanda Siz xalqımızı bu bəlanın fəsadlarından uğurla qoruyursunuz. Sizin uğurlu siyasətinizin nəticəsində bu pandemiyanın ölkəmizə təsirləri minimuma endirilib.











