Müşfiq Cəfərov: Dövlət tərəfindən bütün addımlar vətəndaşların sağlamlığı, təhlükəsizliyi və gələcəyini sığortalayır

Müşfiq Cəfərov: Dövlət tərəfindən bütün addımlar vətəndaşların sağlamlığı, təhlükəsizliyi və gələcəyini sığortalayır

19.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Dövlət tərəfindən həyata keçirilən bütün tədbirlər, o cümlədən koronavirus pandemiyası dövründə əhalinin məşğulluğunun və sosial rifahının yaxşılaşdırılması üçün atılan bütün addımlar vətəndaşların sağlamlığı, təhlükəsizliyi və gələcəyini sığortalayır.

Bunu Trend-ə Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

M.Cəfərov bildirib ki, koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan vətəndaşı dövlətin həyata keçirdiyi fəaliyyətləri alqışlayır, dövlət başçısının verdiyi qərarları dəstəkləyir:

“Hər bir Azərbaycan vətəndaşı dərk edir ki, dövlətimizin və dövlətimizin başçımızın zamanında atdığı bu addımlar nəticəsində bu gün pandemiya digər ölkələrlə müqayisədə Azərbaycanda geniş vüsət almayıb. Bu da onun nəticəsidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, o cümlədən məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır.

Prezident İlham Əliyevin cari il martın 19-da imzaladığı Sərəncamın icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirlərinin iştirakı ilə videobağlantı formatında iclas keçirdi. Dövlətimizin başçısı çıxışında işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsilə bağlı öz tapşırıq və tövsiyələrini verdi. Belə ki, işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsi genişləndiriləcək. 2020-ci ilin aprel-dekabr ayları üzrə bu tədbir 20 min nəfəri əhatə edəcək və bu məqsədlə İşsizlikdən Sığorta Fondu hesabına 20 milyon manat ayrılacaq. Əmək müqaviləsinin müddəti bitmiş şəxslərə, həmçinin öz ərizəsi ilə işdən çıxan vətəndaşa da işsizlikdən sığorta ödənişi şamil ediləcək.

Share