Tahir Rzayev: Prezident İlham Əliyev ölkənin iqtisadi qüdrətini yüksəltməklə sosial layihələrin uğurla yerinə yetirilməsini təmin edir

Tahir Rzayev: Prezident İlham Əliyev ölkənin iqtisadi qüdrətini yüksəltməklə sosial layihələrin uğurla yerinə yetirilməsini təmin edir

19.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Prezident İlham Əliyev ölkənin iqtisadi qüdrətini yüksəltməklə sosial layihələrin uğurla yerinə yetirilməsini təmin edir.

Bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı güclü olduğundan, bu gün koronavirus pandemiyasının yaratdığı çətinliklərin öhdəsindən gələ biləcəyimiz fikri real səslənir. Ölkə başçısı həm iqtisadiyyatın inkişaf etdirilməsi, həm də insanların sosial rifah halının yaxşılaşdırılması üçün çox ciddi addımlar atır.

“Prezident İlham Əliyevin hadisələrə çevik reaksiyası olmasaydı, vaxtında qabaqlayıcı tədbirlər görülməsəydi, bir çox xarici ölkələrdə olduğu kimi Azərbaycanda da COVİD-19 pandemiyası insanlara daha çox ziyan vura və vəziyyəti daha da çətinləşdirə bilərdi. Ancaq ölkə rəhbəri hər zaman olduğu kimi yenə də Azərbaycan vətəndaşlarının sağlamlığının qorunmasını təmin etmək üçün ən ciddi tədbirlərə əl atdı və daim onların yanında olduğunu sübut etdi.

Koronavirus pandemiyasının vurduğu zərərdən qorunmaq üçün 3 milyard manata yaxın vəsait ayrılıb. Ölkə rəhbərinin təşəbbüsü ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna az müddətdə 100 milyon manatdan artıq vəsait toplandı ki, bu da xalqımızın həmrəyliyinin sübutudur”.

Share