Ən çox ianə göndərən onlarla filmə çəkiləcək
19.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Koronavirus pandemiyasına görə dünya ulduzları müxtəlif aksiyalara və fləşmoblara start veriblər.
maraqlı aksiyaya başlayanlar sırasında Hollivud ulduzları Leonardo Di Kaprio və Robert De Niro da var.
Onlar “AllinChallenge” internet portalı vasitəsi ilə ehtiyacı olan ailələrə kömək etmək məqsədi ilə vətəndaşlara müraciət ediblər.
Aksiyada ən çox ianə göndərən şəxs isə aktyorlarla birlikdə Martin Skorsezenin “Çiçəkli ayın qatilləri” filmində epizodik rolda çəkiləcək, çəkiliş meydançasında 1 gün vaxt keçirəcək və filmin rəsmi premyerasında iştirak edəcək.











