Qusarda fərdi evdə yanğın baş verib
19.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Qusar rayonunda ümumi sahəsi 100 m² olan mansarda tipli birmərtəbəli evin mansardasının yanar konstruksiyaları 15 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.











