Nyu-York ştatında koronavirusa yoluxanların sayında azalma müşahidə edilib
19.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
ABŞ-ın Nyu-York ştatında son sutka ərzində koronavirusdan ölənlərin sayı 507 nəfərə çatıb.
APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryu Kuomo mətbuat konfransında bildirib.
O qeyd edib ki, xəstəxanaya yerləşdirilənlərin sayı ötən günlərdəkindən az olub: “Bu göstərici ştat üzrə epidemiyanın azaldığını deməyə əsas verir”.











