Endokrinoloq şəkərli diabet xəstələrinin koronavirusdan qorunması qaydalarını açıqlayıb
20.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Naidə Novruzova şəkərli diabet xəstələrinin koronavirusdan qorunması qaydalarını açıqlayıb.
Şəkərli diabet xəstələri koronavirus COVİD-19 infeksiyasından özlərini daha ciddi qorumalıdırlar. Çünki, şəkərli diabet xəstələrində bu xəstəlik ağır keçir və bu insanlar ciddi fəsadlarla üzləşə bilərlər. Ümumiyyətlə, şəkərli diabet xəstəliyi olan insanlar qanda şəkəri tez-tez ölçməli və nəzarətdə saxlamalıdırlar. Qanda şəkər normadan yuxarı olarsa diabetlə əlaqəli bir sıra fəsadlar yaranır.
Bu fəsadlar zamanı orqanizmin infeksiyaya qarşı mübarizə qabiliyyəti pozulur. Şəkərli diabet tip 2 xəstəliyi olan yaşlı insanlar bu vurusdan daha ciddi qorunmalı və aşağıda qeyd olunan qaydalara ciddi riayət etməlidirlər.
1. Qanda şəkərin səviyyəsini normada saxlamaq lazımdır. Bunun üçün gündə bir neçə dəfə qanda şəkəri ölçmək lazımdır;
2. Gün ərzində 1.5- 2 lt maye qəbul edilməlidir;











