AQTA maarifləndirir: Baytarlıq preparatlarının istifadəsində təhlükəsizlik tədbirləri

AQTA maarifləndirir: Baytarlıq preparatlarının istifadəsində təhlükəsizlik tədbirləri

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır.

Agentlikdən Trend-ə verilən məlumata əsasən, budəfəki maarifləndirici mövzumuz isə “Baytarlıq preparatlarının istifadəsində təhlükəsizlik tədbirləri” haqqındadır.

İnsanın həyat fəaliyyəti, sağlamlığı və uzunömürlülüyü onun yararlı və sağlam qidalanmasından asılıdır. Ət və ət məhsulları insanın qidasında xüsusi yer tutur. Ət istehlakı nəticəsində insan orqanizminə vacib olan zülallar, mineral maddələr, vitaminlər daxil olur. Ətin qidalılıq dəyəri və dad keyfiyyəti heyvanın növündən, yaşından, cinsindən, yemlənməsindən, saxlanma şəraiti, sağlamlığı və digər amillərdən asılıdır.

Heyvandarlıqda bioloji, kimyəvi və digər baytarlıq preparatları istehsalın və məhsuldarlığın artırılması, heyvan xəstəliklərinin profilaktika və müalicəsi, eləcə də cins tərkibini yaxşılaşdırmaq məqsədilə işlədilir.

Qeyd edək ki, baytarlıq preparatı və vasitələrinə heyvan xəstəliklərinin müalicəsi, profilaktikası və diaqnostikası məqsədilə işlədilən farmakoloji və bioloji preparatlar, dezinfeksiya, dezinseksiya və deratizasiya vasitələri, həmçinin yem və yem əlavələri aiddir. Baytarlıq preparatları fiziki, kimyəvi və bioloji xüsusiyyətlərindən asılı olaraq fərqli saxlanma şəraitinə malikdir. Belə ki, fotolabil preparatlar işıqdan, termolabil preparatlar yüksək temperaturdan qorunmalıdır. Hiqroskopik preparatlar rütubətdən təcrid olunan yerdə, uçuculuq xüsusiyyəti olan preparatlar isə sərin məkanda hermetik saxlanmalıdır.

Share