Mehdi Babayev: İşçilərə plastik kartlarla ödənişlərin edilməsi ölkədə nağdsız ödənişlərin artmasına səbəb olacaq

Mehdi Babayev: İşçilərə plastik kartlarla ödənişlərin edilməsi ölkədə nağdsız ödənişlərin artmasına səbəb olacaq

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycanda pandemiya dövründə dövlət tərəfindən maddi yardımın ayrılması ilə əlaqədar müraciət edənləri şərti olaraq 4 hissəyə bölmək olar.

Bunu Trend-ə açıqlamasında Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev deyib.

O bildirib ki, həmin şəxslər aztəminatlı vətəndaşlar, yardım almaq hüququna malik hüquqi şəxslər, yardım almaq hüququna malik fərdi sahibkarlar və ümumiyyətlə, yardım almaq hüququ olmayan hüquqi şəxslər, fərdi sahibkarlar və vətəndaşlardır. Hüquqi şəxslər üçün nəzərdə tutulan yardımlar işçilərinin əmək haqlarının və sosial sığorta ayırmalarının ödənilməsi üçündür. Bu yardımlar başqa istiqamətlərdəki öhdəlikləri ödəmək üçün deyildir.

Dövlətdən yardım almayan şəxslər isə belə münasibəti anlayışla qəbul etmələri daha doğru olardı. Yəni, müraciət edən bütün şəxslərə yardım verilməyə bilər. Hətta müraciət hüququ olan, lakin müraciətinə müsbət cavab almayan sahibkarlar da vardır. Bu, hansı hallarda baş verə bilər? Məsələn, müraciət edən sahibkarlıq subyekti dövlətin hazırki çağırışlarına dəstək olmursa, yəni əməl etmirsə, öz dövriyyələrində riskli əməliyyatlar aparırsa, əvvəlki dövrlərdə fəaliyyəti olmayanlar, yalnız pandemiya dövründə fəaliyyətə başlayanlar, qeydiyyat məlumatlarında yalan və ya qeyri-dəqiq fəaliyyət kodu olanlar, pandemiya dövründə zərər çəkməyən fəaliyyət sahəsində çalışanlar, ümumiyyətlə bu istiqamətdə sui-istifadə hallarına yol verən həm fiziki, həm də hüquqi şəxslər müraciət etdikləri təqdirdə müsbət cavab almayacaqlar. Əlbəttə, müraciət edən sahibkarın məlumatları araşdırılır və sonra qərar verilir. Bu prosesdə yardım ala bilməyən həmin şəxslər çox azdır.

M.Babayev xüsusi olaraq vurğulayıb ki, müraciət edənlər həm müraciətin, həm də aldığı yardımın necə və hansı qaydada xərclənməsi yollarını bilməlidirlər:

Share