Elman Məmmədov: Yaşlı, ahıl insanlara qayğı və ehtiram göstərilməsi sosial siyasətin prioritet istiqamətidir
20.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Yaşlı, ahıl insanlara qayğı və ehtiram göstərilməsi sosial siyasətin prioritet istiqamətidir. Dövlət başçısının xüsusi tapşırığı ilə yaşı 65-dən yuxarı 15 mindən artıq tənha insana evində xidmət göstərilir.
Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan dövləti pandemiya dövründə vətəndaşlarının təhlükəsizliyini və sosial rifahını qorumaq üçün bütün lazımi tədbirləri görür. Bu prosesdə dövlətin əsas dəstəyi bu virusa yoluxma riski daha çox olan yaşı 65-dən yuxarı tənha vətəndaşlarımızın qorunmasıdır:
“Bu məsələ istər pandemiya dövründə, istər də ondan əvvəlki vaxtlarda Prezident İlham Əliyevin diqqətində olub. Ölkə başçısı daima yaşlı, tənha insanlara qayğı ilə yanaşıb, onların problemlərinin həllinə çalışıb. Bu kateqoriyadan olan insanlar, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da diqqətində olub”.
Millət vəkili qeyd edib ki, pandemiya dövründə də cənab Prezidentin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tənha insanlara xüsusi xidmət göstərir, onların bütün təminatları ödənilir:











