Cavad Zərif Bəşər Əsədlə görüşüb
20.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Suriya Prezidenti Bəşər Əsədlə görüşüb.
APA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, görüş İran XİN başçısının Dəməşqə birgünlük səfəri çərçivəsində baş tutub.
İran XİN başçısı suriyalı həmkarı Valid əl-Muallemlə də görüşüb. Rəsmilər ölkələr arasında qarşılqlı münasibətlər, regional vəziyyət və terrorla mübarizə məsələlərini müzakirə ediblər.











