Bu gərgin və məsuliyyətli günlərdə etdiyiniz "Biz birlikdə güclüyük!" çağırışını biz veteranlar yekdilliklə dəstəkləyirik – Müharibə, əmək və silahlı qüvvələr veteranları ölkə başçısına yazıb
20.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Bu gərgin və məsuliyyətli günlərdə etdiyiniz “Biz birlikdə güclüyük!” çağırışını biz veteranlar yekdilliklə dəstəkləyirik.
Trend Prezidentin saytına istinadla xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Bakı şəhərinin Nərimanov rayonunun ərazisində yaşayan müharibə, əmək və silahlı qüvvələr veteranları adından Fatma Səttarovanın Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib.
Fatma Səttarovanın məktubunda qeyd edilir:
“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Bakı şəhəri Nərimanov rayonu ərazisində yaşayan müharibə, əmək və silahlı qüvvələr veteranları Sizin həyata keçirdiyiniz uğurlu siyasəti dəstəkləyir və ölkəmizdə yaradılan əmin-amanlığa, nail olduğumuz sabitliyə görə Sizə dərin minnətdarlıqlarını bildirirlər.











