İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakı Fond Birjasında (BFB) “İpoteka və Kredit Zamanət Fondu” ASC-nin AZ2043008682 ISIN-li, 30 milyon manat həcmində, 6840 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

BFB-dən AZƏRTAC-a bildirilib ki, yerləşdirmə zamanı hərrac qiyməti 1,003.25 AZN olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği və istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. İstiqrazlar 2038-ci il noyabrın 27-də ödəniləcək.

Share