İspaniya iqtisadiyyatı bu il 12%-dən çox azala bilər
20.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
İspaniya Mərkəzi Bankının yeni proqnozuna əsasən bu il ölkənin ÜDM-i ən pis halda 12%-dən çox azala bilər.
“APA-Economics”in “Bloomberg”ə istinadən verdiyi məlumata görə, COVID-19 virusunun pandemiyasının yaratdığı iqtisadi şokların işsizliyin səviyyəsini bu il 21,7% -ə çatdıra biləcəyi proqnozlaşdırılır.
Mərkəzi Bankının ən əlverişli ssenarili proqnozuna əsasən isə İspaniya iqtisadiyyatı 2020-ci ildə 6,8% kiçiləcək.











