Dövlətdən maliyyə dəstəyi alan sahibkarlara Unibankdan rahat təklif: hesabı banka gəlmədən açın!

Dövlətdən maliyyə dəstəyi alan sahibkarlara Unibankdan rahat təklif: hesabı banka gəlmədən açın!

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Unibank karantin rejiminə görə biznesinə dövlətdən maliyyə dəstəyi alan sahibkarlar üçün banka gəlmədən onlayn hesab açmaq xidməti təklif edir. Bank hesabı olmayan hər bir fərdi sahibkar evində oturaraq onlayn hesab aça bilər. Onlayn hesab açılan zaman rekvizitlər birbaşa biznes sahibinin özünə göndərilir və hesabı aktivləşdirmək üçün də banka gəlməyə ehtiyac qalmır.

“Unibank”da onlayn hesab açmaq üçün sadəcə bunları etmək lazımdır:

– Unibank.az saytından (https://hesab.unibank.az/login) “Onlayn hesab açın” bölməsinə daxil olursunuz;

– Buradakı ərizə formasını doldurub ASAN İmza vasitəsilə imzalayırsınız;

– Sizə uyğun vaxtda bank ilə videozəng əlaqəsi qurduqdan həmən sonra hesabınız aktiv edilir və rekvizitlər sizin elektron poçtunuza göndərilir;

Share