Sambo üzrə Avropa çempionatı sentyabrda təşkil olunacaq
20.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Avropa Sambo Federasiyası (ASF) qitə çempionatının yeni vaxtını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, qurum koronavirus pandemiyasına görə mayın 22-24-də keçirilməsi planlaşdırılan Avropa çempionatının vaxtını dəyişib. ASF-nin qərarına əsasən turnir sentyabrın 18-20-də əvvəlcədən nəzərdə tutulduğu kimi Yekaterinburqda keçiriləcək.
Qeyd edək ki, ötən il təşkil olunan Avropa çempionatında Azərbaycan samboçuları 2 bürünc medal qazanıblar.











