Sabah Azərbaycan və Ermənistan XİN rəhbərlərinin video-konfrans formatında görüşü olacaq
20.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
21 aprel tarixində Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin video-konfrans formatında görüşü olacaq.
APA Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər görüşün ATƏT-in Minsk Qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə keçirilməsini razılaşdırıblar.











