Türkiyədə koronavirusa yoluxanların sayı 90 mini keçib
20.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Türkiyədə koronavirus qurbanlarının sayı artmaqda davam edir.
bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
O bildirib ki, son 24 saat ərzində ölkədə 123 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 4674 nəfər isə infeksiyaya yoluxub.
Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 2140-a, infeksiyaya yoluxma halı isə 90 980 nəfərə çatıb.
Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 1454 nəfər təşkil edir.










