Türkiyənin 31 əyalətində komendant saatı tətbiq ediləcək
20.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Türkiyənin 31 əyalətində koronavirus pandemiyası səbəbilə komendant saatının tətbiq edilməsi planlaşdırılır.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
T.Ərdoğan bildirib: “Biz aprelin 23-dən 26-dək 31 əyalətdə komendant saatı tətbiq etməyi planlaşdırırıq”.
Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusa yoluxanların sayı 90 980 nəfər, koronavirusdan ölənlərin sayı isə 2140 nəfərə çatıb.











