Cenevrədə BMT-nin 14 əməkdaşı koronavirusa yoluxub
21.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Cenevrədə BMT-nin 14 əməkdaşı yeni növ koronavirusa yoluxub.
Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın Cenevrədəki qərargahının rəsmi nümayəndəsi Alessandra Velluççi deyib.
A.Velluççi bildirib: “Aprelin 20-si üçün ümumilikdə Cenevrə bölməsinin 14 əməkdaşının COVİD-19 testi müsbət nəticə verib”.
Məlumata əsasən, yoluxma hallarıBMT-nin Ticarət və İnkişaf Konfransının, BMT-nin Ətraf Mühit Proqramının, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisinin əməkdaşları arasında qeydə alınıb. Koronavirusa yoluxanlar arasında həmçinin BMT-nin Cenevrədəki qərargahının 5 əməkdaşı da var.











