Bakıda 7 otaqlı ev yandı
21.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 198 m² olan ikimərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.











