Şabran sakininin bıçaqlanması ilə bağlı cinayət işi başlanıb

Şabran sakininin bıçaqlanması ilə bağlı cinayət işi başlanıb

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Şabranda 36 yaşlı kişinin bıçaqlanması faktı ilə bağlı cinayət işi başlanıb. 

APA-nın məlumatına görə, hadisə ötən gün rayonun Təzəkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Elnur Bağırov şəxsi münasibətlər zəminində həmkəndlisi Hüseyn Eyyubov tərəfindən bıçaqlanıb.

Yaralı Şabran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı Şabran rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

 

Share