İtaliya fövqəladə vəziyyətdən mərhələli çıxış planını açıqlayacaq
21.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
İtaliya hökuməti bu həftə mayın 4-ə qədər tətbiq olunan fövqəladə vəziyyətin mərhələli şəkildə aradan qaldırılması ilə bağlı planı açıqlayacaq.
O qeyd edib ki, hökumət üçün vətəndaşların sağlamlığının qorunması birinci yerdədir, lakin istehsal sisteminin səmərəliliyini qorumaq da onun məqsədidir.
“Biz milli plan əsasında hərəkət etməliyik, lakin ərazi özəllikləri də nəzərə alınacaq. Bu həftənin sonuna qədər sizi bu plan barədə məlumatlandırmağa və dəqiqləşdirilmiş proqramın təfərrüatlarını izah etməyə söz verirəm. Proqnozumuz odur ki, mayın 4-dən bu planın tətbiqinə başlayaq”, Baş nazir Konte qeyd edib.
_t_650x433-160x120.jpg?v=1587452498)










