İsmayıllıda iki avtomobil toqquşub, yaralılar var

İsmayıllıda iki avtomobil toqquşub, yaralılar var

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, İsmayıllı şəhərində “KamAZ” markalı yük avtomobilinin və “Hyundai” markalı minik avtomobilinin toqquşması nəticəsində Bakı sakini, 1992-ci il təvəllüdlü Umudov Nicat Həsən oğlu və 1993-cü il təvəllüdlü Zeyqəmli Orxan Fərid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.   

Share