Silverstoun iki yürüşə hazır olduğunu təsdiq edib

Silverstoun iki yürüşə hazır olduğunu təsdiq edib

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

2020-ci il mövsümü üçün yeni təqvimin ilkin versiyası hələlik açıqlanmayıb. AZƏRTAC xəbər verir ki, ikisi Şpilberqdə, ikisi də Silverstounda olmaqla, tamaşaçısız dörd yürüşdən ibarət variant müzakirə edilir.

Silverstounun təmsilçisi Stüard Prinql təsdiq edib ki, onlar məhz belə ssenariyə hazırlaşırlar.

Stüard Prinql deyib: “Biz bütün variantları, o cümlədən bir həftəsonunda iki yürüşün və dalbadal iki həftəsonunda iki yürüşün keçirilməsi variantını Formula 1 rəhbərliyi ilə müzakirə etdik. Mən tamamilə əminəm ki, biz belə tədbirlər keçirə bilərik. Bizim böyük təcrübəmiz var”.

Formula 1 bu il dünya çempionatını mükəmməl keçirmək üçün hər cür səy göstərir. Biz onlarla müntəzəm ünsiyyət saxlayırıq. Onlar bizdən iki yürüş keçirə bilib-bilməyəcəyimizi, yürüşün bağlı qapılar arxasında keçirilib-keçirilməyəcəyini soruşurlar və həmişə müsbət cavab alıblar.

Share