Türkiyədə koronavirus qurbanlarının sayı 2259-a yüksəldi
21.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Türkiyədə koronavirus qurbanlarının sayı artmaqda davam edir.
bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
O bildirib ki, son 24 saat ərzində ölkədə 119 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 4611 nəfər isə infeksiyaya yoluxub.
Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 2259-a, infeksiyaya yoluxma halı isə 95 591 nəfərə çatıb.
Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 1488 nəfər təşkil edir.











