Koronavirusa yoluxan Paris-Azərbaycan Evinin rəhbəri sağalıb
21.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Koronavirusa yoluxan Azərbaycanın Fransadakı Diasporunun rəhbərlərindən biri, Paris-Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva sağalıb.
Trend-in məlumatına görə, o bu barədə Facebook səhifəsində məlumat yayıb. O qeyd edib ki, bir aydan çox davam edən COVİD-19 xəstəliyini artıq geridə qoyub:
“Bu çətin günlərimdə mənə göstərdiyiniz diqqət və qayğı üçün təşəkkür etmək istədim.
Sizlərin mənə olan bu mənəvi dəstəyi, sevgisi bütün dava-dərmanlardan güclü oldu.
Hər birimiz üçün çətin olan bu dövrdə xalqımıza xas olan insani dəyərlərin, həmrəyliyin nə qədər mühüm olduğunu bir daha anladım.











