Ərdoğanla Putin arasında telefon danışığı olub
21.04.2020“Hakimiyyet.com” xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Prezidentlər koronavirusla mübarizədə iş birliyi, qarşılıqlı münasibətlər və regional məsələləri müzakirə ediblər. Ərdoğan və Putin iki ölkə arasında və regional məsələlərdə yaxından əməkdaşlıq barədə razılığa gəliblər.











