ÜST: Dünyada koronavirusa yoluxanların sayı 83 mindən çox artıb

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 83 mindən çox artıb

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Aprelin 21-si saat 12:00 üçün dünyada koronavirusa yoluxanların sayı 2 397 216 nəfərə çatıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 83 006 nəfər yeni koronavirusa yoluxub, 5 109 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 2 397 216 nəfərə, ölənlərin isə 162 956 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 1 187 184 yoluxma və 106 342 ölüm halı. Avropa regionunda sutka ərzində 38 143 yoluxma halı, 2 756 ölüm halı qeydə alınıb.

İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada aprelin 21-nə olan məlumatlara əsasən, yoluxanların sayı 893 119 nəfərə, ölənlərin sayı isə 42 686 nəfərə çatıb.

Share